Xəbər lenti

İlham Əliyev 7 sərəncam imzaladı - Rütbə, təltif, fəxri adlar
Siyasət 21:10 15.08.2014

İlham Əliyev 7 sərəncam imzaladı - Rütbə, təltif, fəxri adlar

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Oğuz rayonunun Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


Sərəncamda qeyd olunur ki, on bir min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,4 milyon (beş milyon dörd yüz min) manatı Oğuz Rayon İcra Hakimiyyətinə ayrılsın.



Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.


 

***


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev A.M.Cəbrayılova general-leytenant hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.


***


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Rəşad Heydər oğlu Sadiqova general-leytenant hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.


***


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev  Dövlət Sərhəd Xidmətində mühəndis fəaliyyəti sahəsində səmərəli xidmətlərinə görə Vidadi Əsgər oğlu Rzaquliyevə “Əməkdar mühəndis” fəxri adı verilməsi  haqqında sərəncam imzalayıb.


***


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev  Dövlət Sərhəd Xidməti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsində xidmətlərinə görə Elçin Zaur oğlu İbrahimova “Əməkdar hüquqşünas” fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.


***


Azərbaycan Respublikası İlham Əliyev  Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.


Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:


3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə



Əkbərov İsmayıl Bayram oğlu – general-mayor

Nağıyev Əfqan Vəli oğlu – general-mayor

Əhmədov Zaur Bəhlul oğlu – polkovnik-leytenant

Xəlilov Abbas Sultan oğlu – polkovnik-leytenant

Mirzəyev Nəsib Tahir oğlu – kapitan.


“Vətən uğrunda” medalı ilə


Əliyev Namiq Feyruz oğlu – polkovnik

Qasımov Cəlal Əbdülhəsən oğlu – polkovnik

Məmmədov Faiq Həmzəağa oğlu – polkovnik

Nağıyev Vəli Yusif oğlu – polkovnik

Nəcəfov Aydın Fazil oğlu – polkovnik

Yusifov Mehman Yusif oğlu – polkovnik

Atakişiyev İntiqam Vahid oğlu – polkovnik-leytenant

Məhərrəmov Aqşin Ramiz oğlu – mayor

Məmmədov Nahid Məmməd oğlu – mayor

Məmmədov Samir Adil oğlu – mayor

Əhmədov Tural Adil oğlu – ədliyyə kapitanı.


“İgidliyə görə” medalı ilə

 

Mehdiyev İlham İsmayıl oğlu – general-mayor

Əliyev Yusif Nəsif oğlu – polkovnik

Bağırov Ramin Sabir oğlu – polkovnik-leytenant.



“Hərbi xidmətlərə görə” medalı ilə


Omarov Barat Bayram oğlu – polkovnik

Tağıyev Bəhruz Sabir oğlu – polkovnik

Zeynalov Zaur Ağaqardaş oğlu – polkovnik

Babayev İlham Novruz oğlu – polkovnik-leytenant

Bağırov Anar Məmməd oğlu – polkovnik-leytenant

Dünyamalıyev Ağamirzə Bəhman oğlu – polkovnik-leytenant

Əhədov Tərlan İbadulla oğlu – polkovnik-leytenant

Həbibov Elnur Arif oğlu – polkovnik-leytenant

Kazımov Eldar Soltan oğlu – polkovnik-leytenant

Quliyev Xaliq Qulu oğlu – polkovnik-leytenant

Məmmədov Aqil Qürbəddin oğlu – polkovnik-leytenant

Nağıyev Zaur Məzahir oğlu – polkovnik-leytenant

Osmanov Vahid Əlisa oğlu – polkovnik-leytenant

Canməmmədov Ramin Ramiz oğlu – mayor

Əhmədov Rüfət Kamal oğlu – mayor

Məmişov Emil Abbas oğlu – mayor

Muradova Pərvanə Şamil qızı – mayor

Umarov Füzuli Məhəmməd oğlu – mayor

Vəliyev Eynur Malik oğlu – mayor

Quliyev Emin Bəxtiyar oğlu – kapitan

Soltanov Mahir Ələsgər oğlu – kapitan

Abdullayev Xanlar Tofiq oğlu – baş leytenant

Cəbrayılov Zaur Vaqif oğlu – baş leytenant

Əhmədov Mirsadıq Hüseyn oğlu – baş leytenant

Salmanov Vaqif Ayatxan oğlu – baş leytenant

Cəfərov Natiq Famiq oğlu – ədliyyə leytenantı

Musayeva Gülnarə Mustafa qızı – baş gizir

Dadaşova Nigar Ağasaleh qızı – gizir.



“Tərəqqi” medalı ilə


Baqişova Tamilla Həsən qızı

İbrahimov Elman Şamil oğlu.


Qaynar.info


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->