Xəbər lenti

İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi
Siyasət10:23 10.03.2021

İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Qaynarinfo xəbər verir ki, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Söhbət zamanı bölgədə yaranmış yeni geosiyasi vəziyyət, postmüharibə şəraiti, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərinin aparılması, regional nəqliyyat layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.