Xəbər lenti

İlham Əliyev Avstriyada görüşlərə başladı
Siyasət18:10 12.05.2013

İlham Əliyev Avstriyada görüşlərə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Vyananın Şvexat Beynəlxalq Aeroportunda Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanı Avstriyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Vyanada Avstriyanın "OMV AG" şirkətinin baş icraçı direktoru Gerhard Roiss ilə görüşüb.

Görüşdə Azərbaycan ilə "OMV AG" şirkəti arasında əməkdaşlıq, enerji sahəsində gələcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb.

***

Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vyanadakı Dunay parkında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsini ziyarət etmişlər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoydular.

Dunay parkında dünya mədəniyyətinin tanınmış simalarının abidələri ucaldılmışdır. Üzeyir Hacıbəylinin abidəsi 2006-cı ilin mayında açılmışdır.

Dövlətimizin başçısı və xanımı abidənin önündə xatirə şəkli çəkdirdilər.

Qaynar.info