Xəbər lenti

İlham Əliyev: "Azərbaycan əsgəri onları iti qovan kimi qovur"
Siyasət16:45 04.10.2020

İlham Əliyev: "Azərbaycan əsgəri onları iti qovan kimi qovur"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hesab edirdilər ki, biz bununla barışacağıq. Ancaq biz göstərdik kim kimdir. Azərbaycan əsgəri onları iti qovan kimi qovur. İşğal edilmiş torpaqlarda Azərbaycan bayraqları qaldırılır. Onların səngərlərində Azərbaycan əsgəri dayanır, onların postları bizim əlimizdədir. Onların tanklarını biz sürürük, onların digər silahlı texnikası bizim əlimizdədir”.
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycanın Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.
Dövlət başçısı bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hər gün dünya liderlərinə zəng edir: "Sentyabr hadisələrindən qabaq demişdim Ermənistana "gəl təkbətək vuruşaq, baxaq kim kimdir”. İndi nə oldu? İndi Paşinyan hər gün dünya liderlərinə zəng edir. Mən heç kimə zəng etməmişəm. Heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər”.