Xəbər lenti

İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb
Siyasət13:14 21.10.2025

İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb.
Qaynarinfo xəbər verir ki, bu sözləri Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Prezident İlham Əliyev deyib.
Dövlətimizin başçısı qeyd edib: "Bu gün yeni mərhələ başlayır, hətta deyərdim ki, yeni dövr başlayıb – Azərbaycan ilə Ermənistan arasında sülh dövrü. Son hərbi toqquşmalardan cəmi iki il keçməmiş sülh sazişinin paraflanması hər iki ölkənin kifayət qədər yüksək səviyyədə siyasi iradə nümayiş etdirməsindən xəbər verir”.
O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasındakı rolu ən yüksək qiymətə layiqdir.