"Bu gün baş tutacaq görüşdə Azərbaycana ziyanlı ola biləcək hər hansı bir qərarın, razılaşmanın olması mümkün görünmür”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Real Partiyasının icra katibi Natiq Cəfərli Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünü şərh edərkən deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycanın maraqlarına cavab verməyən məsələlərə razılıq verməyəcək:
"Prezidentə daxili siyasətlə bağlı onlarla irad-tənqid bildirmək olar, amma Qarabağ məsələsində hansısa ciddi səhvi, güzəşti olmayıb, bu məsələdə İlham Əliyevin mövqeyi aydın, dövlət maraqlarına uyğun və birmənalıdır.
Ümid edirəm ki, Putinlə ikitərəfli görüşdə son 2 ayda Rusiya "sülhməramlıları"nın suallar yaradan davranışları ilə bağlı məsələ qaldırılacaq, ən azından, Xocalıya qayıdışla bağlı yolların açılması, azərbaycanlıların ora dönməsi qrafiki məsələsi öz həllini tapacaq. Əgər Kreml hərbi kontingetinin sayının artırılması məsələsini qaldırsa, düşünmürəm ki, rəsmi Bakı buna razılıq verə.
Rusiya mənbələrinə görə, bu gün əsas 2 məsələ müzakirə olunacaq: Azərbaycan-Ermənistan dövlət sərhədinin dəqiqləşdirilib möhkəmlənməsi və Naxçıvana açılacaq dəhlizlə bağlı detallar. Hər iki məsələdə əlimiz, arqumentlərimiz güclüdür”.
Orxan Əhmədli