Xəbər lenti

İlham Əliyev Bərdəyə gəldi - YENİLƏNİB
Ölkə12:44 06.08.2014

İlham Əliyev Bərdəyə gəldi - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

17:44

Prezident İlham Əliyev Bərdə şəhərində yeni salınan Heydər Əliyev parkında görülən işlərlə tanış olub.

Avqustun 6-da Prezident İlham Əliyev Bərdə şəhərində yeni salınan Heydər Əliyev parkında görülən işlərlə tanış olub.

Ölkənin ümumi inkişaf tempinə uyğun olaraq sürətlə müasirləşən və gözəlləşən Bərdə şəhərində yeni park-bulvar kompleksi tikilir. Bu kompleks ölkənin regionlarında salınmış ən böyük mədəniyyət və istirahət mərkəzlərindən biri olacaq.

Avqustun 6-da Prezident İlham Əliyev kompleksdə görülən işlərlə tanış olmaq üçün buraya gəldi.

Dövlətimizin başçısına məlumat verildi ki, park-bulvar kompleksi ilkin mərhələdə 40 hektar ərazini əhatə edəcək və gələcəkdə daha da genişləndiriləcək. İnşaat işləri aparılarkən Bərdənin qədim tarixini özündə yaşadan abidələrə xüsusi həssaslıqla yanaşılıb.

Heydər Əliyevin kompleksdə ucaldılacaq abidəsinin yerləşdiyi 4 min kvadratmetr ərazidə qranit örtüklü monument yaradılır. Bütövlükdə park-bulvarda 16 min kvadratmetr qranit işləri görüləcək.

Parka 27 kilometr uzunluğunda yeni su xətti çəkilib, İtaliya istehsalı olan 460 işıq dirəyi, 10 ədəd relyefbirləşdirici pilləkən quraşdırılıb. Həmçinin 21 hektarda yaşıllaşdırma işləri aparılıb, 6 minə qədər ağac və bəzək kolları əkilib.

Gələcəkdə parkın daha da genişləndirilməsi, 30 hektar ərazidə təbii göllərin yaradılması, Tərtər çayı boyunca bulvarın ümumi uzunluğunun 4,3 kilometrə çatdırılması nəzərdə tutulur.

Prezident İlham Əliyev park-bulvar kompleksinin tikintisi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

16:30

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham ƏliyevAğdam rayonuna səfər edib. Ans press-in bölgə müxbirinin məlumatınagörə, dövlət başçısı Quzanlı qəsəbəsinə gəlib. Onu Müdafiə naziri,general-polkovnik Zakir Həsənov müşayiət edib. Zakir Həsənov SilahlıQüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Trend-inverdiyi məlumata görə, daha sonra Azərbaycan Prezidenti, SilahlıQüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə operativmüşavirə keçirildi. Dövlətimizin başçısına cəbhə xəttində ümumivəziyyətlə bağlı məruzə edilib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlarını verib.

AliBaş Komandan ön xəttə də gedib, cəbhədəki vəziyyətlə tanış olub,hərbçilərlə görüşüb. Hərbçilər qarşısında çıxış edən prezidentermənilərin son günlər həyata keçirdikləri intensiv hücumlarınqarşısının alınmasında Azərbaycan əsgərinin şücaət göstərdiyini, düşmənəlayiqli cavab verdiyini vurğulayıb, torpaqlarımızın işğaldan azadediləcəyi günün uzaqda olmadığını qeyd edib.

***

Prezident İlham Əliyev Ağdam rayonundadır. Bu barədə AzadlıqRadiosunadövlət başçısı ilə görüşən Quzanlı kənd sakinləri məlumat veriblər.

«Çoxəla bir görüş oldu, prezident cəbhə bölgəsinə gəldiyi üçün adamlarınəhval-ruhiyyəsi çox yüksəkdir. Bir az olar prezident bizim kəndi tərkedib başqa kəndlərə getdi».

Hələki rəsmikütləvi informasiya vasitələri bu görüş barədə məlumat vermir. Sosialşəbəkələrdə yayılan məlumatlarda isə deyilir ki, prezident cəbhəkəndlərində əsgər və zabitlərlə görüşüb.

Avqustun1-ə keçən gecə Azərbaycanla Ermənistan sərhəddi və təmas xətti boyuncahər iki tərəfdən canlı qüvvə itkisi ilə nəticələnən atəşkəs pozuntusuolub.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığıməlumata görə, Ermənistanm silahlı qüvvələrinin kəşfiyyat-təxribatqrupunun Azərbaycan ordusunun mövqelərinə hücumu nəticəsində 8 əsgərhəlak olub.

Rəsmi məlumatlarda qarşı tərəfində çoxsaylı itkilər verdiyi bildirilir. Ermənistan tərəfi bir neçəəsgərinin öldüyünü və yaralandığını bildirir.

11:38

İlham Əliyev Ağdamda hərbçilərlə görüşüb

Musavat.com-un hazırda cəbhə xəttində olan əməkdaşı xəbər verir ki, bu dəqiqələrdə təmas xəttində sakitlikdir, gecə ara-sıra atəşkəs rejiminin pozulması halları baş versə də, gündüz hələlik atışma qeydə alınmayıb.

Bundan başqa, əməkdaşmız xəbər verir ki, dövlət başçısı İlham Əliyevi müşayiət edən avtomobil karvanı Ağdamın müvəqqəti inzibati mərkəzi rolunu oynayan Quzanlı qəsəbəsində olub, daha sonra Əfətli kəndinə istiqamət götürüb. Prezident bu kənddə hərbçilərlə görüşüb.

Əməkdaşımız öyrənib ki, İ.Əliyevin bir şəhid ailəsi ilə də görüşü gözlənilir.

Qaynar.info