Xəbər lenti

MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib (VİDEO/YENİLƏNİB)
Siyasət14:34 28.12.2021

MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib (VİDEO/YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dekabrın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.
Əvvəlcə MDB dövlət başçıları birgə foto çəkdiriblər.
Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib.
Sonra koronavirus pandemiyasına qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
16.21
Dekabrın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilir.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edir.
Əvvəlcə MDB dövlət başçıları birgə foto çəkdiriblər.
Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib.
Sonra koronavirus pandemiyasına qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş davam edir.
15:19
Dekabrın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edir.
10:50
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçiriləcək.
Qaynarinfo xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ənənəvi olaraq MDB üzv ölkələrinin dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşü olacaq.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Ermənistanın Baş naziri Nikol Paşinyan, Qazaxıstan Prezidenti Kasımjomart Tokayev, eləcə də bu ölkənin ilk Prezidenti, Elbası Nursultan Nazarbayev, Qırğız Respublikasının Prezidenti Sadir Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti Emoməli Rahmon, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edəcəklər.
09:53
Bu gün Moskvanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev də sammitdə iştirak edəcək.
<iframe width="683" height="384" src="https://www.youtube.com/embed/iK3GKyxLY3E" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">