Xəbər lenti

İlham Əliyev Böyük Britaniya Kraliçasını təbrik etdi
Siyasət14:44 24.07.2013

İlham Əliyev Böyük Britaniya Kraliçasını təbrik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik məktubu ünvanlayıb:

"Ülyahəzrət, Kembric Hersoq və Hersoginyasının ailəsində nəticənizin dünyaya gəlişi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu xoş dəqiqələrdə sevincinizə qoşulur, Sizə, yeni doğulmuş Kembric Şahzadəsinə, ailənizin bütün üzvlərinə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram".

Qaynar.info