Xəbər lenti

İlham Əliyev Davosda bir sıra görüşlər keçirdi - FOTO
Siyasət16:32 22.01.2014

İlham Əliyev Davosda bir sıra görüşlər keçirdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Fransanın “Airbus Group International” şirkətinin baş icraçı direktoru Jan Pyer Talamoni ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Fransa arasında əlaqələrin sürətlə inkişaf etdiyi bildirildi, iqtisadi sahədə, o cümlədən kosmos sənayesi sahəsində əməkdaşlığımızın genişlənməsindən məmnunluq ifadə olundu. 

Söhbət zamanı Azərbaycanın müvafiq qurumları ilə “Airbus Group International” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edildi.

***

AzərTAcın xüsusi müxbiri xəbər verir ki, yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Holcim” şirkətinin sədri və baş icraçı direktoru Bernar Fontana ilə görüşmüşdür.

Görüşdə “Holcim” şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd olundu, yeni sement zavodunun tikintisinin holdinq ilə ölkəmiz arasındakı əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət etdiyi bildirildi. 

Söhbət zamanı Azərbaycan ilə İsveçrə arasında qarşılıqlı investisiyaların əhəmiyyəti qeyd olundu, bunun iqtisadi əlaqələrimizin daha da genişlənməsinə töhfə verdiyi bildirildi.

Görüşdə əməkdaşlığın perspektivi barədə fikir mübadiləsi aparıldı.

Qaynar.info