Xəbər lenti

İlham Əliyev Ərdoğana: "Azərbaycana - Vətəninizə xoş gəlmisiniz!"
Siyasət10:32 13.06.2023

İlham Əliyev Ərdoğana: "Azərbaycana - Vətəninizə xoş gəlmisiniz!"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Əziz qardaşım, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana - Vətəninizə xoş gəlmisiniz! Sizi Prezident seçkilərində qazandığınız qələbə münasibətilə bir daha təbrik etmək istəyirəm".
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Bakıda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatı zamanı deyib.
"Şadam ki, bu qələbədən iki həftə sonra Siz Azərbaycana dövlət səfərinə gəlmisiniz!" - Azərbaycan Prezidenti bildirib.