Prezident İlham Əliyev Varşavada Fransa Respublikasının Prezidenti Fransua Olland ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Münaqişənin danışıqlar yolu ilə həllinin məqsədəuyğunluğu bildirilib. Fransa Prezidenti bu məsələnin həllinə fəal dəstək verəcəyini vurğulayıb.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan tərəfindən görüşdə Xarici İşlər Naziri Elmar Məmmədyarov və Prezident Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov iştirak edib.
Polşanın paytaxtı Varşavada keçirilən NATO-nun sammitində Fransa prezidenti Fransua Olland həmçinin Ermənistan prezidenti Serj Sarkisyanla da görüşüb. Tərəflər arasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.
İlham Əliyev isə daha əvvəl Varşavada Dağlıq Qarabağ münaqişəsini türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla müzakirə edib.
Qaynarinfo.az