
Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qaynar.info xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Bayram Əsəd oğlu Səfərov “Şöhrət” ordeni ilə təltif edib.
Qeyd edək ki, Bayram Səfərov 1950-ci ildə Şuşada anadan olub. İxtisasca iqtisadçıdır. Şuşa Rayon İstehlak Cəmiyyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində (”AZAL”) rəhbər vəzifədə çalışıb. 2009-cu il fevral ayının 27-də Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2009-cu il iyunun 5-də Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri seçilib.
Qaynar.info