Xəbər lenti

İlham Əliyev iki prezidentlə görüşdü - FOTOLAR
Siyasət14:24 07.02.2015

İlham Əliyev iki prezidentlə görüşdü - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin görüşüb. Qaynar.info AzərTAc-a istinadən xəbər verir ki, görüş Münhendə baş tutub.
Görüşdə Azərbaycanla Əfqanıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. Ölkələrimizin faydalı qarşılıqlı təcrübə mübadiləsi apardığı qeyd olunub.
Söhbət zamanı tikinti, nəqliyyat, kənd təsərrüfatı, yük daşımaları, sərmayə qoyuluşu və digər sahələrdə layihələrin həyata keçirilməsi, treninqlərin təşkili istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev həmçinin və Finlandiya prezidenti Sauli Niinistö ilə də görüşüb. Görüşdə Azərbaycanla Finlandiya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub. 
Ölkələrimizin bu əlaqələri daha da genişləndirməkdə maraqlı olduğu bildirilib. Qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb. Finlandiya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə uğurlu fəaliyyəti qeyd edilib, birgə müəssisələrin yaradılmasının önəmi diqqətə çatdırılıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
Qaynar.info