Xəbər lenti

İlham Əliyev kralı təbrik etdi
Siyasət15:14 11.10.2013

İlham Əliyev kralı təbrik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Kralı I Xuan Karlosa təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-İspaniya dövlətlərarası münasibətləri, dostluq və əməkdaşlıq əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daha da inkişaf edəcək və genişlənəcəkdir".

İlham Əliyev I Xuan Karlosa ən xoş arzularını yetirib, möhkəm cansağlığı, işlərində uğurlar, dost İspaniya xalqına daim əmin-amanlıq və rifah diləyib.

Qaynar.info