Xəbər lenti

İlham Əliyev Kuba rəhbərinə başsağlığı verdi
Siyasət07:26 19.05.2018

İlham Əliyev Kuba rəhbərinə başsağlığı verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Migel Dias-Kanel Bermudesə başsağlığı verib.
Qaynarinfo-nun xəbərinə görə, Azərbaycan prezidenti Kubada baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbərindən kədərləndiyini vurğulayıb.
"Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”, - deyə dövlət başçısı məktubunda bildirib.