"Azərbaycanın qələbəsində Prezident İlham Əliyevin çox böyük rolu var”.
Bunu Qaynarinfo-ya açıqlamasında deputat Ceyhun Məmmədov Vətən müharibəsində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əhəmiyyətindən danışarkən deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın əldə etdiyi uğurlarda İlham Əliyevin müstəsna rolu var: "1990-ci ilin əvvəllərində Azərbaycan çox çətin vəziyyətdə idi. İqtisadi tənəzül, vətəndaş müharibəsi baş verirdi. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldi və bununla Azərbaycan bir çox sahələrdə uğurlara imza atdı”.
Deputat deyir ki, sonrakı dövrlərdə ordu quruculuğu sürətlə həyata keçirildi: "Prezidentin həyata keçirdiyi siyasət, konsepsiyaları, düşünülmüş addımları, prinsipiallığı, qətiyyəti, milli maraqları hər şeydən uca tutması Azərbaycanı bu qələbələrə apardı. Azərbaycan xalqını məğlub xalqdan qalib xalqa çevirdi. Son 250 illik tariximizdə ilk dəfə itirilmiş torpaqları qaytardıq. Gələcəkdə bizi daha böyük qələbələr gözləyir".
Bahar Rüstəmli
Şərhlər