Xəbər lenti

İlham Əliyev Mingəçevirdə səfərdədir
Siyasət14:25 21.09.2016

İlham Əliyev Mingəçevirdə səfərdədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 21-də Mingəçevir şəhərinə səfərə gedib.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov son dövrdə Mingəçevirdə görülən işlər barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, ümummilli liderin adını daşıyan parkın ərazisi 3 hektardır. Parkda şəlalə kompleksi və yeni kafe tikilib, mövcud “Ana və uşaq” kafesi müasir üslubda yenidən qurulub, geniş yaşıllıq işləri görülüb.

Qaynarinfo.Az