Xəbər lenti

İlham Əliyev Obamaya məktub göndərdi
Siyasət15:55 18.04.2013

İlham Əliyev Obamaya məktub göndərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya başsağlığı verib.

"Hörmətli cənab Prezident, Texas ştatındakı mineral gübrə istehsalı zavodunda baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması, eləcə də dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram", - İlham Əliyev başsağlığı məktubunda deyib.

Qaynar.info