Xəbər lenti

İlham Əliyev onlara orden verdi - SİYAHI
Ölkə09:03 21.11.2014

İlham Əliyev onlara orden verdi - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevi təltif edib. 

Qaynar.info Penitensiar Xidmətin saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncam imzalayıb. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə, ədliyyə sistemində elm, səhiyyə sahələrinin inkişaf etdirilməsində fəal iştirak etdiklərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:

Quliyev Mədət Qəzənfər oğlu

“Tərəqqi” medalı ilə:

Məmmədova Zemfira Bəylər qızı

Tahirli Rasim Bəkir oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə:

Əhmədova Ülviyyə Mahmud qızı

Əliyev Niyaməddin Cabbar oğlu

Hacıyev Rəşad Yavər oğlu

Həsənov Fərhad Fərrux oğlu

Hüseynov Nizami Əli oğlu

Xəlilov Qədir Rövşən oğlu

Salmanova Səbinə Qədir qızı.

Qaynar.info