Xəbər lenti

İlham Əliyev rayona getdi
Siyasət06:53 01.05.2014

İlham Əliyev rayona getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev bu gün Ağdaş rayonuna səfərə gedib. 

"Qafqazinfo" xəbər verir ki, dövlət başçısı əvvəlcə Ağdaş şəhərinin mərkəzində mərhum prezident Heydər Əliyevin yeni ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.

Ağdaş Rayon icra Hakimiyyətinin başçısı Tofiq İbrahimov Prezident İlham Əliyevə Heydər Əliyevin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Bildirilib ki, burada iki fəvvarə kompleksi yaradılıb. Abidənin ətrafı mərmərlə üzlənmiş, geniş yaşıllaşdırma işləri həyata keçirilib.

Qaynar.info