Xəbər lenti

İlham Əliyev stansiyanı işə saldı -FOTOLAR
Ölkə10:00 09.02.2015

İlham Əliyev stansiyanı işə saldı -FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev Bakının Xətai rayonu ərazisində yeni inşa olunmuş 110/35/6 kV-luq “Ağ şəhər-1” elektrik yarımstansiyasının açılışında iştirak edib. 

Qaynar.info-nun Azərtac-a istinadən xəbər verir ki, “Bakıelektrikşəbəkə” ASC-nin idarə heyətinin sədri Baba Rzayev “Ağ şəhər-1” yarımstansiyası, həmçinin yeni inşa edilən digər 110 kV-luq “Həzi Aslanov”, “Kürdəxanı”, eləcə də 35 kV-luq 7 elektrik yarımstansiyası barədə Prezident İlham Əliyevə məlumat verib. 

Dövlət başçısı dispetçer idarəetmə mərkəzindən “Ağ şəhər-1” yarımstansiyanı işə salıb. İlham Əliyev yarımstansiyanın ayrı-ayrı sahələrində yaradılan şəraitlə tanış olub.

Qaynar.info