Xəbər lenti

İlham Əliyev Vyetnama getdi
Siyasət18:27 18.05.2014

İlham Əliyev Vyetnama getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İlham Əliyevi və Mehriban Əliyevanı Hanoyun Noi Bai beynəlxalq aeroportunda dövlət və hökumət nümayəndələri qarşılayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnama dövlət səfərinə gedib.
ANS PRESS-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Vyetnam Sosialist Respublikasına dövlət səfərinə gedib.
Azərbaycanın və Vyetnamın dövlət bayraqlarının dalğalandığı Hanoyun Noi Bai beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Vyetnamın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Sonra qısa protokol söhbəti olub.