Xəbər lenti

İlham Əliyev yenidən Putinlə görüşəcək
Siyasət12:13 25.08.2014

İlham Əliyev yenidən Putinlə görüşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gələn il prezident İlham Əliyevin Rusiyaya səfəri planlaşdırılır

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya mətbuatı yazır. Rusiya hökuməti 2015-ci ilin payızında Rusiya-Azərbaycan forumunun keçirilməsi ilə bağlı qərarı təsdiqləyib.

Yekaterinburq şəhərində keçiriləcək Rusiya-Azərbaycan forumunda prezident İlham Əliyev və Vladimir Putinin iştirak edəcəyi bildirilir. Görüşdə İlham Əliyevlə Vladimir Putinin təkbətək görüşü gözlənilir.

Qeyd edək ki, Rusiya qonşu ölkələri ilə hər il forumlar keçirir. Ötən il isə Yekaterinburqda Rusiya-Gürcüstan forumu keçirilmişdi.

Qaynar.info