Xəbər lenti

İlham Əliyevdən 2 yeni təyinat (FOTO)
Siyasət14:15 06.02.2018

İlham Əliyevdən 2 yeni təyinat (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı Şahin Şakir oğlu Abdullayevi Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edib.
Qeyd edək ki, Şahin Abdullayev indiyədək Azərbaycanın Misir, Küveyt, Əlcəzair və Sudandakı səfiri olub.
Prezident başqa bir sərəncamla Cavidan Rizvan oğlu Hüseynovu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edib.