Xəbər lenti

İlham Əliyevdən İsrail prezidentinə - MƏKTUB
Siyasət16:50 13.04.2013

İlham Əliyevdən İsrail prezidentinə - MƏKTUB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti Şimon Peresə təbrik məktubu ünvanlayıb.

Qaynar.info-nun məlumatına görə, "İsrail Dövlətinin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra daha da inkişaf edərək xalqlarımızın mənafelərinə xidmət edəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Şimon Peresə ən xoş arzularını yetirib, dost İsrail xalqına sülh və firavanlıq arzulayıb.

Qaynar.info