Xəbər lenti

İlham Əliyevə təbriklər gəlməkdə davam edir (YENİLƏNİB)
Siyasət 16:16 24.12.2024

İlham Əliyevə təbriklər gəlməkdə davam edir (YENİLƏNİB)

İsrail-Azərbaycan Birgə İqtisadi Komitəsinin sədri, İsrail Dövləti Maliyyə Nazirliyində nazir Zeev Elkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Qaynarinfo xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə İsrail Dövləti adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Sizin Azərbaycan Respublikasının inkişafı üçün göstərdiyiniz sarsılmaz fədakarlıq olduqca təqdirəlayiqdir. Sizin liderliyinizlə xalqınız davamlı olaraq tərəqqi və uğur yolunda irəliləyir.

Xalqlarımız arasında tərəfdaşlıq və dostluq Sizin rəhbərliyinizlə inkişaf edir və biz bu dəyərli əlaqələri gələcək illərdə daha da dərinləşdirməyi səbirsizliklə gözləyirik.

Bu əlamətdar günün sevdiklərinizin və Sizi sevənlərin əhatəsində Zati-alinizə böyük sevinc bəxş etməsini diləyirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və bütün işlərinizdə uğurlar arzulayıram.

Doğum gününüz mübarək, cənab Prezident!"

***

GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubda deyilir:

"Zati-aliləri.

Doğum gününüz münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram.

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli dirçəliş, inkişaf ideyalarının və strategiyasının həyata keçirilməsində Sizə yeni uğurlar və qələbələr arzulayırıq. Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə güclü, müasir, firavan, bir çox sahələrdə heyrətamiz nailiyyətlər əldə edən, regional və qlobal məsələlərdə əsas aktor rolunu oynayan ölkəyə çevrilib.

Biz dövlət quruculuğu və institusional inkişaf, işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və ölkənin sosial-iqtisadi strukturuna reinteqrasiyası, iqtisadiyyatın şaxələndirilməsi və modernləşdirilməsi, respublikanın regional və qlobal məsələlərdə fəal rolu ilə bağlı əldə olunan nailiyyətlərə heyranıq.

Azərbaycanın işğal edilmiş ərazilərinin tarixi Qələbə ilə azad edilməsindən və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra həyata keçirilən quruculuq proqramı miqyası, sürəti və keyfiyyəti baxımından misilsizdir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı Proqramının həyata keçirilməsi təqdirəlayiqdir.

Müharibədən sonrakı dövrdə ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq regionda davamlı sülhün və sabitliyin bərqərar olması istiqamətində nümayiş etdirdiyiniz əzmkar səyləri də yüksək qiymətləndiririk.

Azərbaycan Sizin rəhbərliyinizlə beynəlxalq məsələlərdə öz rolunu və nüfuzunu möhkəmləndirməkdə davam edir. Bakıda COP 29 Sammiti kimi qlobal əhəmiyyətli tədbirin uğurla keçirilməsi bunun əyani sübutudur. Beynəlxalq məsələlərin bir çox aspektlərində prinsipial və ardıcıl mövqeyiniz, qarşıya qoyulan məqsədlərə nail olmaq bacarığınız sayəsində Siz dünyada yüksək nüfuz və hörmət qazanmısınız.

Cənab Prezident, biz regional təşkilat olaraq irəli sürdüyünüz təşəbbüslərin həyata keçirilməsi işinə dəstək verməyə hazırıq. Həmçinin Azərbaycanın GUAM-a üzv dövlətlər arasında bölüşə biləcəyi təcrübəsini öyrənməkdə də maraqlıyıq. Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfəni yüksək qiymətləndirir, onun getdikcə daha da güclənəcəyinə inanırıq.

Zati-aliləri, doğum gününüz münasibətilə Sizə bir daha səmimi təbriklərimizi çatdırır, möhkəm cansağlığı, güclü, müasir, demokratik və firavan Azərbaycanın daha da inkişafı naminə bütün ideya və təşəbbüslərinizi həyata keçirmək üçün tükənməz enerji arzulayırıq".

***

Rusiyanın "LUKOYL” Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru Vadim Vorobyov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

"Zati-aliləri.

Sizi doğum gününüz münasibətilə "LUKOYL” şirkətinin adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Sizin müdrik rəhbərliyiniz sayəsində Azərbaycan bu gün dinamik inkişaf edən, səmərəli beynəlxalq əməkdaşlığa açıq dövlətdir. Sizin rəhbərliyinizlə ölkədə sabit iqtisadi və siyasi vəziyyətin qorunub saxlanılması üçün düşünülmüş tədbirlər sistemi öz səmərəliliyini sübut edir.

"LUKOYL”un Azərbaycandakı fəaliyyətinə göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı bildirirəm. Biz mövcud layihələr üzrə öhdəliklərimizi tam şəkildə yerinə yetirmək, eləcə də azərbaycanlı tərəfdaşlarımızla uzunmüddətli əməkdaşlığımızı genişləndirmək və gücləndirmək üçün bütün səylərimizi göstərəcəyik.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə müvəffəqiyyətlər arzulayıram".

***

Amerika Birləşmiş Ştatlarının Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə - böyük dövlət xadiminə, sadiq beynəlmiləlçiyə və mərhəmətli liderə çoxlu uğurlar arzulayıram.

Azərbaycanda və dünyada bir çox həyati vacib işlərdə göstərdiyiniz mühüm xidmətləri, xüsusilə də ölkənizdə və xaricdə yəhudi icmalarına səmimi münasibətinizi alqışlayıram. Siz əhalinin firavanlığı üçün böyük işlər görən yüksək nüfuzlu, güclü lidersiniz.

Bu il Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və COP 29-un mükəmməl şəkildə təşkil olunması münasibətilə səmimi təbriklərimi qəbul edin. Hər iki tədbir xalqların və bütövlükdə planetimizin zəfəri idi.

Mən həm Mədəniyyətlərarası Dialoq Forumunda, həm də COP 29 çərçivəsində keçirilmiş Dini Liderlərin Qlobal Sammitində çıxış etməkdən şərəf duydum. Həmin tədbirlər Sizin dini tolerantlıq, mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin gücləndirilməsinə sadiqliyinizi nümayiş etdirdi ki, bu da dinlərin və mədəniyyətlərin sülh, ləyaqət və təhlükəsizlik şəraitində yaşaya biləcəyi bir dünya axtarışında olan hər bir gələcək nəsil üçün Azərbaycanın qlobal dinc birgəyaşayışın simvolu olduğunu təsdiq edir.

Cənab Prezident, əgər biz hamımız Sizin qarşıya qoyduğunuz yüksək standartların yalnız bir hissəsinə uyğun yaşaya bilsəydik, o zaman dünyamız daha yaxşı məkana çevrilərdi.

İnanıram ki, qarşılıqlı hörməti və anlaşmanı inkişaf etdirmək yollarını axtararkən bundan sonra da uzun illər müdriklik və inam nümayiş etdirərək bizi ruhlandırmağa davam edəcəksiniz.

Sizə möhkəm cansağlığı və firavanlıq diləyir, sevimli Azərbaycan xalqının davamlı tərəqqisi və rifahı üçün ən xoş arzularımı çatdırır, yüksək ehtiramımı bildirirəm".

***

Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Avrasiya Yəhudi Konqresi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Müstəqil Azərbaycan Respublikası ötən illər ərzində özünün nüfuzlu, tolerant, multikultural və çoxkonfessiyalı dövlət statusunu sübut edib. Bir tərəfdən, ənənələrin və tarixi irsin vəhdəti, digər tərəfdən, müasir dünya dəyərlərinə açıq olmaq Azərbaycana təkcə düşünülmüş siyasət yürütməyə deyil, həm də xarici əlaqələrini möhkəmləndirməyə imkan verir. Bu gün Azərbaycan dünyada mövqelərini sürətlə gücləndirir və ən yüksək səviyyədə beynəlxalq əməkdaşlıq platformasına çevrilir. Şübhəsiz ki, bütün bu uğurlarda Sizin böyük şəxsi töhfəniz var.

2019-cu ildə Azərbaycana səfərimiz zamanı Sizinlə görüşümüzü, göstərdiyiniz qonaqpərvərliyi böyük məmnuniyyətlə xatırlayırıq. Həmin vaxt Siz ölkələrimiz arasında tam diplomatik münasibətlərin qurulacağını bildirmişdiniz və bir müddət sonra Təl-Əvivdə Azərbaycan səfirliyi açıldı, əlaqələrin inkişafı prosesində mühüm prinsipial addım atıldı.

Cənab Prezident, icazə verin, Sizi doğum gününüz münasibətilə bir daha təbrik edim. Sizə əmin-amanlıq və xoşbəxt həyat arzulayıram".

***

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

"Zati-aliləri.

Doğum gününüz münasibətilə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi adından səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasının davamlı və yaşıl inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək Azərbaycanı COP29 Konfransına uğurla ev sahibliyi etməsi və sədrliyi münasibətilə təbrik edirəm. COP29 qlobal iqlim gündəliyinin irəli aparılmasında mühüm rol oynayıb. Xüsusilə, 2035-ci ilə qədər hər il 300 milyard ABŞ dolları məbləğində yeni iqlim maliyyəsi hədəfinin qəbul edilməsi, qlobal karbon ticarəti sisteminin yaradılması, həmçinin Lima Gender üzrə İş Proqramının 10 il müddətinə uzadılması mühüm tarixi nailiyyətlərdir və bunlar iqlim siyasəti fəaliyyətində səyləri artırmaq, eləcə də gender bərabərliyini, ədalətli keçidi gücləndirmək üçün gələcək təşəbbüslərin formalaşmasına kömək edəcəkdir.

Birləşmiş Millətlər Təşkilatı Azərbaycanla tərəfdaşlığını davam etdirməyə sadiqdir. Biz Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində 2026-2030-cu illər ərzində birgə səylərimizi əlaqələndirmək üçün BMT və Azərbaycan arasında yeni Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanmasını səbirsizliklə gözləyirik.

Mən, həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına təbriklərimi çatdırıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Yepiskop Aleksiy, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski və Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar. Məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Zati-alinizi doğum gününüz münasibətilə təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə misilsiz fəaliyyətinizdə, beynəlxalq müstəvidə dəyər kəsb edən səylərinizdə Uca Yaradandan Sizə uğurlar diləyirik.

Ulu Rəbbimizin xeyir-duası ilə Zati-aliniz dünya miqyasında hər bir dövlət xadiminin qibtə edəcəyi yüksəkliyə ucalmış, müdrikliyinizi yaşınızla, təvəllüd tarixinizlə deyil, əməllərinizlə təsdiq etmiş dövlət xadimisiniz. Müdrik dövlətçilik təfəkkürü və dəmir siyasi iradə ilə tarixi ədalətin təntənəsini təmin etmiş, Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suverenliyini tam bərpa etmiş Zati-aliniz soydaşlarımızı dədə- baba torpaqlarına qovuşdurmaqla, azad olunmuş Qarabağda şəhərləri, kəndləri yenidən dirçəldərək genişmiqyaslı quruculuq işləri ilə yanaşı, məscid və məbədləri xüsusi qayğı ilə bərpa etməklə Ulu Yaradanın nəzərində və xalqın qəlbində ucalmaqdasınız. Sizin mənəvi irsə, dini abidələrə, bütün dinlərə məxsus məbədlərə müstəsna qayğı və diqqətiniz Zati-alinizin müdrik dövlətçilik təfəkkürünün bəhrələri olaraq dünya üçün örnəkdir.

Möhtərəm cənab Prezident, Sizin həyatınızın şərəfli ildönümü bizə xoş fürsət verir ki, cənabınızın Azərbaycan dövləti və cəmiyyəti üçün böyük xidmətlərinə görə bütün Azərbaycan dindarlarının dərin təşəkkür və minnətdarlığını bir daha ifadə edək. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi və iqtisadi qüdrətinin artması, dünyada sivilizasiyalar və mədəniyyətlərarası dialoq mərkəzi və dinlərarası əməkdaşlıq məkanı kimi qəbul olunması, heç şübhəsiz, Zati-alinizin uğurlu dövlətçilik siyasətinin məntiqi nəticəsidir. Beynəlxalq müstəvidə dinlərarası dialoq və əməkdaşlıq işinə önəmli töhfələr verən qlobal ideyalarınız və təşəbbüsləriniz, müəllifi olduğunuz Mədəniyyətlərarası Dialoqa dair Bakı Prosesi, insan həmrəyliyinə xidmət edən davamlı əməli səyləriniz Azərbaycanın tolerant imicini, ali mənəvi dəyərlərə sadiqliyini dünya miqyasında əyani təsdiq edir, beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirir. Dövlət siyasəti olaraq yürütdüyünüz multikulturalizm siyasəti sayəsində dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarını milli birlik, mənəvi vəhdət ideyaları ətrafında bir araya gətirən Azərbaycan dinlərarası, məzhəblərarası harmoniya mühitində birgəyaşayış təcrübəsi ilə dünyada model olaraq təqdir edilir.

Möhtərəm cənab Prezident, iqlim dəyişmələrinə dair qlobal əhəmiyyətli mötəbər COP 29 tədbirinə yüksək səviyyədə ev sahibliyi və əldə olunmuş uğurlu nəticələr münasibətilə Zati-alinizi və Sizin simanızda Azərbaycan dövlətini ürəkdən təbrik edir, Uca Yaradana xoş olan məramlara xidmət edən fəaliyyətinizin Azərbaycan və bütün dünya üçün xeyirlərə vəsilə olması naminə dualar edirik. Sizin xeyir-duanızla COP 29 çərçivəsində keçirilmiş Dini Liderlərin Qlobal Bakı Sammiti, heç şübhəsiz, Azərbaycan dövlətinin daha bir böyük nailiyyəti oldu. Bəşəriyyət üçün çox önəmli olan iqlim dəyişmələri probleminin mənəvi dəyərləndirilməsinə həsr olunmuş belə bir qürurverici Zirvə görüşünün Azərbaycanda ərsəyə gəlməsində, möhtərəm cənab Prezident, Sizin böyük rolunuz danılmazdır. Məhz Sizin "yaşıl iqtisadiyyat” quruculuğu istiqamətində dəyərli fəaliyyətinizlə, planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən "Yaşıl Dünya Naminə Həmrəylik İli” kimi dəyərli qlobal təşəbbüsünüzlə Azərbaycan dünyanın iqlim nəbzinin vurduğu məkan kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Çox hörmətli cənab Prezident, dini konfessiyaların rəhbərləri olaraq, ölkə daxilində və beynəlxalq müstəvidə təqdirəlayiq fəaliyyətinizə, Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınıza, dini konfessiyalara diqqət və dəstəyinizə görə təmsil etdiyimiz icmalar adından Sizə dərin minnətdarlığımızı bildirməkdən şərəf duyuruq. Azərbaycanın dövlət rəhbəri olaraq doğum gününüzdə dünyanın müxtəlif nöqtələrindən təbriklər qəbul edən qalib xalqın Müzəffər Sərkərdəsi, Qarabağın Fatehi olaraq Sizin ən böyük mükafatınız xalqın dəstək və həmrəyliyi, sonsuz məhəbbəti, dərin etimadı və hədsiz minnətdarlığıdır. Var olun, hər zaman zirvədə olun, uğur həmişə Sizə yar olsun! Zati-alinizi və Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttinizi dəstəkləyən biz dindarların duaları hər zaman Sizinlədir.

Möhtərəm cənab Prezident, Azərbaycanda fəaliyyət göstərən Dini Konfessiyaların Məşvərət Şurası adından bir daha Sizi - müzəffər dövlət başçısını şərəfli ildönümü münasibətilə ürəkdən təbrik edir, ölkə dindarlarının iradəsini ifadə edərək, Zati-alinizə və dəyərli ailənizə cansağlığı, xoşbəxtlik, dövlətçiliyimiz naminə fəaliyyətinizdə uğurlar diləyirik. Bir olan Yaradanımız hər zaman yardımçınız olsun, lütf və mərhəmətini hər zaman Azərbaycan xalqı və onun müdrik rəhbəri üzərində bərqərar etsin, Azərbaycanı hifz etsin! Amin!"

***

İtaliyada fəaliyyət göstərən Napoli-Bakı Assosiasiyasının sədri Cuzeppe Kanilia Azərbaycan Respublikasının Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edir, Zati-alinizə və Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq.

Arzu edirik ki, ölkəniz Sizin rəhbərliyinizlə bundan sonra da uğurlu inkişaf yolunu davam etdirsin.

Qoy bu əlamətdar gün Azərbaycan və onun vətəndaşları üçün daha böyük uğurlara imza atmaq naminə Sizə bol sevinc və güc-qüvvət gətirsin! Sizə cansağlığı, xoşbəxtlik və işlərinizdə davamlı uğurlar diləyirik.

Doğum gününüz mübarək olsun!"

***

"Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

"Çox hörmətli və əzizimiz cənab Prezident.

"Ukrayna Azərbaycanlıları Alimlər Şurası" İctimai Təşkilatının üzvləri olan soydaşlarımız adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə ən xoş arzu və istəklərimizdən qaynaqlanan səmimiyyətlə təbrik etməyi özümüzə böyük şərəf hesab edirəm.

Ümummilli Liderimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirərək doğma Azərbaycanımızın sürətli inkişafı, dünya ölkələri arasında layiqli yer tutması, suverenliyinin tam təmin olunması ilə nəticələnən zəfərlər qazanması istiqamətində gördüyünüz böyük işlər bizi olduqca fərəhləndirir, Vətənimizdən kənarda Azərbaycançılıq ideyamız naminə yeni-yeni nailiyyətlər əldə etməyə səfərbər edir.

Azərbaycanımızın dövlət quruculuğunun möhkəmləndirilməsi üçün həyata keçirilən siyasi, iqtisadi, mədəni əməkdaşlığın genişləndirilməsinə, inkişaf etdirilməsinə göstərdiyiniz diqqəti və qayğını yüksək qiymətləndiririk.

Bu xoş fürsətdən istifadə edərək, Sizi və bütün xalqımızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, Azərbaycan diasporunun fəaliyyətinə göstərdiyiniz dəstəyə görə dərin təşəkkürümüzü bildiririk. Bu əlamətdar gündə Zati-alinizə və bütün ailə üzvlərinizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".
 
***
 
Rusiyanın "Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə Rusiyanın "Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Sizə səmimi-qəlbdən cansağlığı, əmin-amanlıq, Azərbaycan xalqının rifahı naminə səmərəli fəaliyyətinizdə yeni böyük nailiyyətlər, ölkənizin inkişafı planlarının uğurla reallaşmasını arzulayıram".

***

Rusiyanın "LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Siz həyatınızı bütünlüklə Vətənə xidmətə, Azərbaycanın firavanlığına və xalqın rifahının yüksəldilməsinə həsr etmisiniz. Sizin həyata keçirdiyiniz düşünülmüş və müdrik siyasət, iqtisadiyyat sahəsində islahatların aparılması istiqamətində göstərdiyiniz ardıcıl səylər Azərbaycanda investorların fəaliyyəti üçün əlverişli şərait yaradıb.

Ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin, xüsusən də neft-qaz sektorunda əməkdaşlığın inkişafına şəxsi töhfənizi yüksək qiymətləndiririk.

Əminəm ki, biz Rusiya və Azərbaycanın dost xalqlarının rifahı naminə azərbaycanlı tərəfdaşlarımızla birgə layihələr üzərində konstruktiv işi davam etdirəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

***

Rusiyanın "SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Müdrik rəhbərliyiniz və uzaqgörən siyasətiniz Azərbaycanı regionun ən dinamik inkişaf edən ölkələrindən birinə, qlobal geosiyasi arenada mühüm rol oynayan güclü suveren dövlətə çevirib.

Sizin səyləriniz sayəsində Azərbaycan xalqının milli birliyi daha da möhkəmlənir, ənənəvi dəyərlər qorunur, cəmiyyətin tərəqqisinə yönəlmiş genişmiqyaslı təşəbbüslər həyata keçirilməkdə davam edir.

Sizə möhkəm cansağlığı, tükənməz enerji, Azərbaycan Respublikasının və onun vətəndaşlarının rifahı naminə fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram".

***

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə mənim və xanımımın səmimi təbrikimizi və xoş arzularımızı qəbul etməyinizi xahiş edirəm.

Fürsətdən istifadə edərək bir daha əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı çox gözəl praqmatik və səmərəli əməkdaşlıq, həmçinin mövcud olan strateji tərəfdaşlıq münasibətləri gələcəkdə daha fəal şəkildə inkişaf edəcəkdir.

Bolqarıstan ilə Azərbaycanın səmərəli ikitərəfli təmasları və yüksək səviyyədə fəal siyasi dialoqu genişləndirmək, inkişaf etdirmək istəyi, həmçinin hər iki ölkənin buna hazır olması il ərzində həm ikitərəfli, həm də COP 29 kimi mühüm beynəlxalq formatlar çərçivəsində Sizinlə keçirilmiş görüşlər və danışıqlar zamanı dəfələrlə nümayiş etdirilib. Sizin şəxsi töhfəniz və iştirakınız, şübhəsiz ki, bütün bu məsələlərdə böyük rol oynayıb.

Mən ölkələrimiz arasında olan ən yüksək siyasi, dövlət səviyyəsində dialoqu 2025-ci ildə də davam etdirməyə hazıram.

Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->