
Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri başlayıb.
Virtualaz.org saytı alman mənbələrinə istinadən xəbər verir ki, prezident Əliyev kansler Angela Merkellə sabah - yanvarın 21-də görüşəcək.
Azərbaycan dövlət başçısının Almaniyanın digər rəsmi şəxsləri ilə də görüşləri və danışıqları planlaşdırılıb.
Gözlənilir ki, səfər zamanı Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin inkişafı, enerji sferasında tərəfdaşlıq və “Cənub qaz dəhlizi”inə dair məsələlər, habelə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığı və digər aktual məsələlər müzakirə olunacaq.
Qaynar.info