Xəbər lenti

İlham Əliyevin Gürcüstanda səfərdədir - YENİLƏNİB
Siyasət05:59 06.05.2014

İlham Əliyevin Gürcüstanda səfərdədir - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

10:20

Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Gürcüstana səfər edib.

APA-nın Gürcüstana ezam olunmuş müxbiri xəbər verir ki, işgüzar xarakter daşıyan səfərin məqsədi bu gün Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə keçiriləcək sammitdə iştirak etməkdir.
 
“2014 Tiflis sammiti” adlı beynəlxalq tədbir Gürcüstan parlamentinin Milli Kitabxanasında baş tutacaq.
 
Sammitdə son 20 ildə iqtisadi, ticarət, nəqliyyat və enerji sahəsində əməkdaşlığın nəticələri nəzərdən keçiriləcək. Görüşü üç ölkə liderləri birlikdə açacaqlar.
 
Gürcüstan, Azərbaycan və Türkiyə nümayəndə heyətləri sammitdə cari və planlaşdırılmış gələcək layihələri müzakirə edəcəklər. Sammit çərçivəsində prezidentlərin üçtərəfli və ikitərəfli görüşləri planlaşdırılır.
 

Xatırladaq ki, "2014 Tiflis sammiti" Georgi Margvelashvilinin Azərbaycan və Türkiyəyə səfərləri zamanı planlaşdırılıb.

10:59

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində Tiflisdə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında olub.

Dövlət başçısı Heydər Əliyevin parkdakı abidəsini ziyarət edib, ehtiramını bildirərək, önünə gül dəstələri düşüb.

Sonra Azərbaycan prezidenti parkı gəzib.

Daha sonra Azərbaycan prezidenti İlham Əliyev Tiflisə səfəri çərçivəsində bir sıra obyektlərlə tanış olub.

APA-nın verdiyi məlumata görə, Azərbaycanın Gürcüstandakı səfirliyinin yeni binası ilə tanış olan dövlət başçısı daha sonra Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində olub.

Dövlət başçısı “SOCAR-Georgia” şirkətinin inzibati binasına da baş çəkib (APA).


Qaynar.info