
İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb.
Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına işgüzar səfəri iyulun 10-da başa çatıb. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Milan Expo 2015” Beynəlxalq sərgisində Azərbaycan pavilyonunun açılışında iştirak etmək üçün iyulun 8-də İtaliya Respublikasına işgüzar səfərə getmişdi.
Qaynar.info