Xəbər lenti

İlham Əliyevin Türkiyə səfərindən çıxan nəticə (ŞƏRH)
Siyasət08:03 27.02.2023

İlham Əliyevin Türkiyə səfərindən çıxan nəticə (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu səfər bir daha göstərir ki, iki qardaş ölkə arasında dostluq, qardaşlıq amili möhkəm tellərə bağlıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tofiq Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə baş tutan səfərini şərh edərkən deyib. Politoloq bildirib ki, belə səfərlər iki ölkə arasında strateji tərəfdaşlığın bariz nümunəsidir:
"Belə səfərlər Azərbaycanla Türkiyə arasında qardaşlıq, müttəfiqlik və dostluq münasibətlərində mühüm səhifədir. Azərbaycan Prezidenti işgizar və rəsmi səfərlərlə tez-tez Türkiyədə olur. Eyni zamanda, Rəcəb Tayyib Ərdoğanın da ölkəmizə tez-tez gəlişinin şahidi oluruq. Belə səfərlər iki ölkə arasında strateji tərəfdaşlığın bariz nümunəsidir. 
Türkiyədə fəsadları həddən artıq dağıdıcı olan dəhşətli zəlzələ baş verdi. Azərbaycanın ölkə başçısı dünyada birinci olaraq Türkiyəyə əlini uzatdı və onun yanında oldu. Qardaş ölkəyə Azərbaycan tərəfi çoxsaylı yardımlar göndərdi. 
Azərbaycanla Türkiyə öz fəaliyyətlərilə siyasətdə dostluq amilinin üstün olduğunu ortaya qoydu. İki qardaş ölkə və onun rəhbərlərinin sərgilədiyi bu yanaşma dünya birliyi üçün bir ibrətdir. Türkiyə ilə Azərbaycan göstərdi ki, maraqlar toqquşmasından tək xeyir götürmək düzgün deyil, həm də bu xeyri paylaşmaq lazımdır”.
Qeyd edək ki, fevralın 25-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edib. Səfər çərçivəsində o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. 
Rüfət Sultan