Xəbər lenti

İlham Əliyevlə Sarkisyan harada görüşəcək?
Siyasət07:01 19.11.2013

İlham Əliyevlə Sarkisyan harada görüşəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. 

Bu barədə ATƏT məlumat yayıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ATƏT-in  Minsk Qrupunun həmsədrləri də iştirak edəcək.

Qeyd edək ki, həmsədrlərin bu yaxınlarda regiona sonuncü səfərində belə bir razılıq əldə olunub.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bu gün Moskvada ermənistanlı həmkarı Edvard Nalbandyanla keçirdiyi brifinqdə görüşə ümidlə yanaşdıqlarını bildirib. O qeyd edib ki, təxminən son 2 ildə prezidentlərin ilk birbaşa görüşü danışıqların müsbət ab-havada bərpası və hər iki tərəfi qane edən razılaşma istiqamətində mühüm amildir.

AzadlıqRadiosunun müxbirləri sabah Vyanadan birbaşa məlumatlar verəcək.

Minsk qrupuna ABŞ, Fransa və Rusiya həmsədrlik edir./musavat.com/