Xəbər lenti

İlhamənin oğlundan və vəkilindən miras AÇIQLAMASI
Maqazin06:51 02.03.2016

İlhamənin oğlundan və vəkilindən miras AÇIQLAMASI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevralın 25-də dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın qohumu, müğənni Əli Mirəliyev "Yeni Müsavat"a açıqlamasında bildirib ki, mərhumun mirası dövlətə qalacaq. 
Mirəliyev bu fikrini onunla əsaslandırıb ki, hər kəsin Quliyevanın oğlu kimi tanıdığı Orxan Nadirov sənəd üzərində başqa bir şəxsin övladı hesab edilir. (Əli Mirəliyevin açıqlaması)
İlhamə Quliyevanın oğlu Orxan Nadirov məsələ ilə bağlı ölkə.az-a qısa açıqlama verib: "İndi o durumda deyiləm ki, belə boş-boş şeylərə münasibət bildirim. Bu məsələlərlə ailəmizin vəkili Habil Vəliyev məşğuldur".
Habil Vəliyev isə əməkdaşımızla söhbətində bildirib ki, İlhamə Quliyevanın qırx mərasimindən sonra məhkəməyə müraciət olunacaq: "Qırx mərasiminə qədər Orxanın başı qonaqlara, qəbrüstü abidənin hazırlanmasına qarışıb. O, hazırda mirasla bağlı düşünmür. Ancaq qırx mərasimindən sonra məhkəməyə müraciət edəcəyik və məsələ hüquqi müstəvidə öz həllini tapacaq"
Qaynar.info