Xəbər lenti

İlhamənin oğlunun həbsi təsdiqləndi (RƏSMİ)
Ölkə07:43 09.12.2017

İlhamənin oğlunun həbsi təsdiqləndi (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyi (DİN) mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbs edilməsinə münasibət bildirib.
Nazirlikdən Qaynarinfo-ya verilən məlumata görə, Binəqədi Rayon Polis Şöbəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə başlanmış cinayət işi ilə axtarışda olan Orxan Əhməd oğlu Nadirov polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün tutulub.