"Sülh sazişi imzalanmasa, Ermənistan adlı dövlət olmayacaq. Ona görə də ağıllarını başlarına yığaraq, ilin sonuna qədər sülh sazişini imzalasınlar. Yoxsa, ermənilərin qara günləri başlayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Bakının ilin sonuna qədər İrəvanla sülh müqaviləsi imzalayacağına ümid etdiyi barədə səsləndirdiyi fikri şərh edərkən deyib.
"İlin sonuna qədər sülh sazişinin imzalanması gözləniləndir. Çünki Ermənistanın artıq qaçacaq yeri qalmayıb. Bir ilə yaxın müddət ərzində İrəvan hər hansı bir müsbət addım atmayıb. Bu il bir növ sülh danışıqlarında "əyləci basma” ili oldu. Bunu da daha çox Paşinyan etdi. Ona Qərbin ciddi təzyirləri var", deyə Cümşüd Nuriyev bildirib.
Politoloq bildirib ki, ABŞ bir ovuc erməni diasporunun əlində qaciz alıb:
"Vaşinqton ağıllı siyasət yürütsəydi, Ermənistana təcili Azərbaycanla sülh sazişi imzalamaq üçün təzyiq edərdi. Bu elə Rusiyanın Qafqazdan çıxması demək olardı. ABŞ öz siyasətini bu istiqamət üzrə qursa, sözsüz ki, ilin sonuna qədər sülh müqaviləsi bağlana bilər”.
Onun sözlərinə görə, son iki ildə Azərbaycanın xarici siyasətində önəmli dəyişikliklər baş verib:
"Bunu Ermənistan, ABŞ, Rusiya, Fransa və İran anlamalıdır. Dünya artıq Azərbaycan həqiqətlərini qəbul edir. Onun nəticəsidir ki, dünyanın aparıcı 20 ölkəsi qondarma rejimdə keçirilən saxta seçkini tanımayıb. Rusiya onsuz da dostumuz deyil və heç zaman olmayacaq".
TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, Azərbaycan hələ də ilin sonuna kimi Ermənistanla sülh müqaviləsi bağlayacağına ümid edir:
"Biz hələ də bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağına ümid edirik və Ermənistanın siyasi rəhbərliyini əsas addımı atmağa çağırırıq - rəsmi olaraq, sülh müqaviləsi çərçivəsində öz imzaları ilə Azərbaycanın ərazi bütövlüyünün tanınması, respublikamızın Qarabağ iqtisadi rayonu da daxil olmaqla, gələcəkdə ölkəmizin daxili işlərinə qarışmaqdan çəkinmək öhdəliyi götürsün”.
Rüfət Sultan