
Türkiyədə 6,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ əsasən Bodrum və Dacia şəhərlərində hiss olunub.
"Qaynarinfo" xəbər verir ki, istirahət üçün Türkiyəyə yollanan azərbaycanlı məşhurlar sosial şəbəkədə hadisə ilə bağlı paylaşım ediblər.
Teleaparıcı İlkin Həsəni böyük həyəcan yaşadıqlarını yazıb və fotolar paylaşıb:
"Ekstrim istirahətimiz davam edir. Rəsmən 2000-ci ildə baş verən Bakı zəlzələsinin həyəcanını yaşadıq. 6.8 bal, nə bal! Bütün otel həyətdədir. Salamatçılıqdır, dağıntı və tələfat yoxdur".
Qaynarinfo.Az

