Xəbər lenti

İlkin və təkrar mənzil bazarında bu payız qiymətlər necə olacaq? - Ekspert
Ekonomiks11:11 21.08.2020

İlkin və təkrar mənzil bazarında bu payız qiymətlər necə olacaq? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün ilkin, təkrar mənzil bazarlarına baxanda canlanma daha çox torpaq bazarında hiss olunur.
Bu sözləri Qaynarinfo-ya açıqlamasında tikinti və əmlak məsələləri üzrə ekspert İlqar Tağı deyib. 
O, buna səbəb kimi, insanlara pandemiya zamanı qoyulan məhdudiyyətlərə görə onların həyət evlərinə meyil etməsini göstərib.
Ekpert bildirib ki, bütün bunlarla yanaşı, mənzil bazarında pandemiya ilə bağlı ümumi durğunluq var:
"Xidmət sahələrinin işləməməsi, ASAN xidmətdə məhdudiyyətlərin olması, notariusların işləməməsi, insanların çölə çıxması üçün saatla icazə tətbiq edilməsi ümumi bazara çox kəskin təsir elədi”. 
İlqar Tağı qeyd edib ki, təkcə mənzil bazarında deyil, ümumi bazarın bütün sahələrində insanaların pul qazanmasında məhdudiyyət yarandı: 
"Bu dövrdə insanlar qazandıqlarını ancaq yeməyə verirdi. Çünki insanların qazancı ancaq qidaya sərf edəcəkləri səviyyəyə düşmüşdü. Tək-tək istisna hallar olsa da, mənzil alanlar demək olar, yox idi”. 
Ekspert bildirib ki, bu dövrdə bir az canlanma kirayə bazarında hiss olunub. 
Bazardakı qiymətlər haqqında danışan ekspert bildirib ki, bu müddətdə heç bir dəyişiklik olmayıb:
"Bazarda durğunluq var deyə, nə tələb, nə də təklif var. Qiymətlər demək olar ki, pandemiyadan əvvəlki vəziyyətdədir. Ancaq istisna hallarda təcili satılan mənzillərə alıcı tapılır”. 
Ekspert payız aylarında mənzil bazarındakı vəziyyətlə bağlı danışarkən bildirib ki, əgər karantin rejimi təkrar tətbiq edilsə, bazardakı tələb-təklif, qiymətlər indiki vəziyətdə də qalacaq.  Çünki bazarın donunun açılması hələ indi bir az hiss olunur: 
"Bazarda alıcı da peyda olub, baxırlar, axtarırlar”.  
İlqar Tağı qeyd edib ki, əgərə karantinsiz vəziyyət bir az da davam etsə, bazarda qiymət dəyişikliyi də ola bilər. Lakin bunun artım və ya azalma olacağını bu gün üçün heç kim deyə bilməz. Çünki qiymət artımı bazara pul kütləsinin daxil olması ilə bağlıdır. 
Onun sözlərinə görə, bazara pul kütləsi ya dövlət ipoteka fondunun ipotekalı evlərin alınması üçün ayırdığı pullarla, ya da Rusiyada yaşayan azərbaycanlıların burda ev almaq istəməsi zamanı daxil olur:  
"Bazarda canlanma bu dövrdə olduğu üçün payız aylarında bazarın vəziyyətinin necə olacağını əvvəlcədən proqnozlaşdırmaq doğru olmazdı”.
Günay İlqarqızı