Xəbər lenti

İlqar Məmmədov etibarnamə imzaladı
Siyasət09:42 23.08.2013

İlqar Məmmədov etibarnamə imzaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

REAL hərəkatının sədri İlqar Məmmədov avqustun 23-ü Bakı İstintaq Təcridxanasında prezidentliyə namizədliyi üçün Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq etibarnaməni imzalayıb.

İlqar Məmmədovun Mərkəzi Seçki Komissiyasında səlahiyyətli nümayəndəsi REAL-ın İdarə Heyətinin üzvü, vəkil Xalid Bağırovdur. Etibarnamə onun adına verilib.

REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlı “Media forum”a deyib ki, dövlət notariat kontorunun əməkdaşı avqustun 23-də etibarnaməni imzalatmaq üçün Bakı İstintaq Təcridxanasına gedib.

İlqar Məmmədov bu il fevralın 4-də həbs olunub. O, İsmayıllıda kütləvi iğtişaşların təşkilində günahlandırılır. REAL hərəkatı onu prezidentliyə namizəd irəli sürüb və avqustun 20-də sənədlər MSK-ya təqdim olunub.

Qaynar.info