İlqar Məmmədov REAL Partiyasına sədr seçilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli məlumat verib.
Natiq Cəfərli qeyd edib ki, bu saatlarda REAL-ın qurultayda seçilmiş Siyasi Komitəsinin ilk iclası keçirilib:
"Ciddi və uzun müzakirələrdən sonra İlqar Məmmədov sədr seçildi. Yoldaş Məmmədovu təbrik edirəm. Məmləkətimizə xeyirli-uğurlu olsun. Artıq tələsən yerimiz var - ölkəni, məmləkəti dəyişmək zamanı yetişib - yetişir! Ya seçən, ya da seçilən olmaq vaxtıdır”.
Bahar Rüstəmli