
"REAL Hərəkatının sədri İlqar Məmmədovun telefonla zəng etmə hüququ məhdudlaşdırılıb"
Qaynar.info xəbər verir ki, bu barədə məlumatı vəkil Cavad Cavadov yayıb.
Cavad Cavadov dildirib ki, bu yaxınlarda həbsxanada İlqar Məmmədovla görüşüb:" İlqar Məmmədovla görüşdü məndən bəzi ictimaiyyətə çatdırmağımı xahiş etdi. Bu yaxınlarda İlqar Məmmədovun tapşırığı ilə Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərlə bağlı qalib partiyalara onun adından təbrik göndərilmişdi. Bu məktubdan sonra 2 saylı Cəza Çəkmə Müəssisəsinin rəhbərliyi tərəfindən bildirilib ki, məhz bu səbəbə görə onun telefonla zəng etmə hüququ məhdudlaşdırılıb. İlqar Məmmədov 2 saylı CÇM-nə gətirlidyi vaxtdan 8 ay müddətində həmin anadək həftədə iki dəfədən artıq zəng etmə imkanı verilirdi. Bu məsələdən sonra isə ona bildiriblər ki, o əvvəlki qaydada zəng edə bilməyəcək."
İlqar Məmmədov 2013-cu il fevralın 4-dən həbsdədir. O, həmin il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələrə görə həbs olunub, 7 il azadlıqdan məhrum edilib.
Avropa İnsan Hüquqları Məhkəməsi ötən ilin mayında qəbul etdiyi qərarla REAL Hərəkatının sədri İlqar Məmmədovun həbsinin siyasi motivli olmasını tanıyıb və onu dərhal azadlığa buraxmağı tələb edib.
Elkin Xəlilov
Qaynar.info