
Nəsimi Rayon Məhkəməsində “REAL” hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun vəsatətinə baxılıb. Bu barədə APA-ya vəkil Cavad Cavadlı məlumat verib.
C. Cavadlı bildirib ki, məhkəmə İ. Məmmədovun barəsində seçilmiş həb-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə müdafiə tərəfinin verdiyi vəsatətə baxıb və təmin etməyib.
Qeyd edək ki, İ. Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. O, yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər. Məhkəmə İ.Məmmədov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib
Qaynar.info