Xəbər lenti

İlyas İsmayılov debatlara niyə qatılmır?
Siyasət07:07 04.10.2013

İlyas İsmayılov debatlara niyə qatılmır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Prezidentliyə namizəd kimi debatda iştirak etməməyimlə hansı qanunu pozmuşam? Hərənin öz yanaşması və taktikası var”.

Bu açıqlamanı APA-ya Ədalət Partiyasının sədri, prezidentliyə namizəd İlyas İsmayılov verib.

O, İctimai Televiziyanın efirində yayımlanan seçki debatlarında iştirak etməməsinin səbəblərini də açıqlayıb: “Biz qərara gəlmişik ki, debatlarda nümayəndələrimiz iştirak etsinlər. Burada qeyri-adi heç nə yoxdur. Debatda iştirak etməməklə heç bir qanunu pozmamışam”.

İ. İsmayılov debata qatılmadığına görə ünvanına səslənən iradlara da münasibət bildirib: “Bu məsələdə mənə qarşı iradların səslənməsinin heç bir əsas yoxdur. Sadəcə, irad tutanlar məsələni düzgün başa düşmürlər. Nə irad ola bilər ki? Bizim tərəfdən debatda kimin iştirak edib-etməməsinin başqalarına heç bir dəxli yoxdur”.

Qeyd edək ki, seçki təşviqatı dövründə İctimai Televiziyada prezidentliyə namizədlərin iştirakı ilə debat sona yaxınlaşır.

Qaynar.info