Xəbər lenti

İmişlidə 9 yaşlı qızı maşın vurdu
Ölkə19:21 27.04.2016

İmişlidə 9 yaşlı qızı maşın vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İmişlidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün İmişli şəhərindəki Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Mehdi Hüseyn küçəsi, 44 ünvanında yaşayan 9 yaşlı Türkan Ehtiram qızı Əhmədlini minik avtomobili vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı uşaq dərhal İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlk tibbi yardımdan sonra yaralı Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı İmişli rayon Polis şöbəsində araşdırma aparılır.

Qaynarinfo.az