Xəbər lenti

İmişlidə yol qəzası baş verib: - 1 ÖLÜ, 2 YARALI
Ölkə05:01 14.10.2013

İmişlidə yol qəzası baş verib: - 1 ÖLÜ, 2 YARALI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, oktyabrın 13-də günorta  saatlarında İmişli-Qaradonlu avtomobil yolunun 8-ci kilometrliyində, Çahar kəndinin ərazisində  Naxçıvan sakini,  32 yaşlı Elnur Hacıyev idarə  etdiyi “Mitsibushi-Pikap” markalı, 10 PK 372 dövlət nömrə nişanlı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə  olan  sərnişinlər - Neftçala sakinləri, 26 yaşlı Ülvi İsayev və 24 yaşlı Əkbər Miriyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır olduğu üçün Bakıya  göndərilib. Qəzaya düşənlərin Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun tikintisini aparan “Kolin” şirkətinin işçiləri olduğu bildirilir.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.

Qaynar.info