
“Bu gün İmran Cəfərzadənin 3-cü böyük əməliyyat keçiriləcək”.
Bu sözləri Publika.Az-a açıqlamasında Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Rizvan Nəbiyev deyib. Onun sözlərinə görə, bu əməliyyatdan sonra İmranın vəziyyəti haqqında məlumat vermək mümkün olacaq.
“6-7 saat çəkəcək bu əməliyyatın da digərləri kimi uğurlu olacağına inanırıq. İmranın son vəziyyəti barədə isə yalnız əməliyyatdan sonra məlumat verə bilərik”.
Xatırladaq ki, iyulun 21-də Xaçmaz rayonunda yerləşən “Nabran Holiday Village”akvaparkının hovuzunun nasos sistemi İmran Cəfərzadəyə ağır xəsarət yetirib. Trubanın ağzında qoruyucu barmaqlıq olmadığından uşaq sağ ayağının dizdən aşağı hissəsi və sol ayağının dabanını itirib.
Qaynar.info