Xəbər lenti

İnam Kərimovdan kadr dəyişikliyi
Ekonomiks06:45 04.09.2020

İnam Kərimovdan kadr dəyişikliyi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Seymur Mövlayev nazirliyin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri təyin olunub.
"Report”un əldə etdiyi məlumata görə, bununla bağlı nazir İnam Kərimov əmr imzalayıb.
O, bu vəzifədə Mirzə Əliyevi əvəz edib. Digər əmrlə isə AKİA-nın keçmiş sədri AXA-nın rəhbəri vəzifəsinə təyinat alıb.
Kənd Təsərrüfatı Nazirliyindən xəbəri təsdiqləyiblər.