
"İndiki zamanda atəşkəs işğalın uzanması deməkdir”.
BunuQaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Almaniya Xarici İşlər naziri Heiko Maasın atəşkəsə çağırış və ölkəmizə təzyiq göstərilməsi barədə açıqlamasını şərh edərkən deyib. Politoloq təəssüflə Almaniyanın Xarici İşlər Nazirliyinin bəyanatında da Azərbaycanın ərazi bütövlüyünün birmənalı vurğulanmadığını qeyd edib:
"Yenə də sülh və atəşkəs deyirlər. Sülh, atəşkəs olsun, biz də istəyirik, bəs sonrası... Axı siz Ermənistanı sülhə məcbur etmirsiniz? Axı siz Ermənistanı Qarabağ ətrafında 7 rayonu boşaltmağa məcbur etmirsiniz? İndiki zamanda atəşkəs işğalın uzanması deməkdir”.

Elxan Şahinoğlu bildirib ki, Almaniyanın Xarici İşlər Nazirliyinin açıqlaması heç nəyi ifadə etmir:
"Sadəcə, Fransanın yedəyində sürünürər. Yəni, Fransa nəsə deyib, biz də ondan geri qalmayaq”.
Qeyd edək ki, Almaniya Xarici İşlər naziri Heiko Maas atəşkəsə çağırış və ölkəmizə təzyiq göstərilməsi barədə açıqlama verib. Həmin açıqlama Azərbaycan ictimaiyyətində ciddi narahatlıq yaradıb.
Bahar Rüstəmli