Xəbər lenti

ING: “Manatın məzənnəsi sabit qalacaq, lirə daha da ucuzlaşacaq”
Ekonomiks17:09 11.08.2023

ING: “Manatın məzənnəsi sabit qalacaq, lirə daha da ucuzlaşacaq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Niderlandın "ING Group” korporasiyası Azərbaycan manatı və Türkiyə lirəsinin perspektivləri ilə bağlı proqnozlarını açıqlayıb.
Qaynarinfo  oxu.az-a istinadən xəbər verir ki, hesabata əsasən, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin sonuna kimi uçot faiz dərəcəsini 9,0%-dən 8,5%-dək azaldacaq. ING hesab edir ki, AMB pul siyasətini 2024-2025-ci illərdə daha da yumşaldacaq. Şirkətin proqnozuna görə, 2024-cü ildə Mərkəzi Bank uçot dərəcəsini 8,25%-ə, 2025-ci ildə isə 7,25%-dək azaldacaq.
Ölkəmizin milli valyutasına gəlincə, niderlandlı ekspertlərin fikrincə, Azərbaycan manatının məzənnəsi 2026-cı ilə kimi sabit qalacaq.
Eyni zamanda, ING 2025-ci ilin sonunda Türkiyənin milli valyutasının ABŞ dollarına nisbətdə 40 lirəyə düşəcəyini proqnozlaşdırır.