Xəbər lenti

İngiltərədə oynayan müsəlman futbolçular üsyan etdi
İdman12:40 18.07.2013

İngiltərədə oynayan müsəlman futbolçular üsyan etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Nyukasl"ın müsəlman futbolçusu Papiss Sisse klubdan ayrıla bilər.

Britaniya mətbuatının yaydığı məlumata görə, komandanın Portuqaliyaya təlim-məşq toplanışına gedən oyunçuları arasında müsəlman hücumçu olmayıb.

Buna isə onun İngiltərə klubunun "wonga.com" yazılı formasını geyməkdən imtina etməsi səbəb olub. Sisse əvvəlcədə bildirib ki, "Nyukasl"ın yeni sponsoru faizlə kredit verən şirkət olduğundan onun adı yazılan formanı geyməyəcək. Bu səbəbdən onun komandadan göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, komandanın digər müsəlmən futbolçuları Hatem Ben Arfa və Şeyk Tote də bu formanı geyinməkdən imtina edib.//qol.az

Qaynar.info