
Türkiyə millisinin keçmiş futbolçusu, hazırda Braziliyanın “Koritiba” klubunda çıxış edən Kolin Kazım-Riçards ilk oyunundaca qol vurub və o bu sevincini maraqlı şəkildə qeyd edib.
Qaynarinfo.az xəbər verir ki, 29 yaşlı hücumçu 1:0 qalib gəldikləri “Atletiko Paranaense” ilə matçda vurduğu qoldan sonra meydanın kənarındakı kameraya Atatürk adına hava limanındakı terror aktını nəzərdə tutaraq “Türkiyə, mən səni sevirəm” qışqırıb. O daha sonra bu görüntünü öz şəxsi "Tvitter" ünvanında paylaşıb.
Qeyd edək ki, İngiltərədə doğulmuş Kolin Kazım-Riçardsın atası Antiqua mənşəlidir, anası isə Kipr türküdür. O, Türkiyədə "Fənərbaxça", "Qalatasaray" və "Bursaspor" klublarında çıxış edib.
Qaynarinfo.az